Geri qaytarma siyasəti
Sifarişi əldə etdikdən sonra 14 təqvim günü ərzində məhsulu müəyyən bir formanı dolduraraq geri qaytarmaq imkanınız olacaq. Zəhmət olmasa, telefon və ya elektron poçt vasitəsi ilə məhsulların geri qaytarılması barədə bizə məlumatı təqdim edin.
Geri qaytarılacaq məhsul orijinal vəziyyətdə, yəni zərərsiz və yad qoxusuz olmalıdır. Etiketlər və taglar məhsulun üzərində qalmalıdı. Məhsulda istifadə izləri olmamalıdır. Ayrıca, sifarişə əsasən təyin olunmuş satış qəbzi məhsul ilə bərabər təqdim olunmalıdı. Əks təqdirdə, məhsul geri qaytarılmır və ya dəyişdirilmir. Qaytarılma müvəffəqiyyətlə bitsə, mağaza işçisi sizə məhsulun geri alınmasını təsdiq edən qəbz təqdim edəcək.
Unutmayın ki, endirim zamanı əldə olunmuş məhsullar, istifadə olunmuş məhsullar və sizin istəklərinizə uyğün individual hazırlanmış məhsullar geri qaytarıla bilməz.