Azərbaycan
AZN
Məxfilik siyasəti

Sizin şəxsi məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi “LİNBOP” üçün çox böyük əhəmiyyət kəsb etdiyindən, şəxsi məlumatlarınızın toplanması və idarə olunmasını yüksək ehtiyatlılıq dərəcəsi ilə həyata keçiririk. Biz onların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görürük. Burada Siz “linbop.az (.com)” saytına daxil olarkən və təklif etdiyimiz xidmətlərdən istifadə edərkən şəxsi məlumatlarınızın “LİNBOP” şirkəti tərəfindən emalı ilə bağlı  əsas məlumatlarla tanış ola bilərsiniz.


Hansı şəxsi məlumatlar emal olunur və nə üçün?
Sayt Sizin sifariş yerləşdirərkən və məhsul alarkən bizə təqdim etdiyiniz şəxsi məlumatlarınızı, eləcə də “linbop.az” saytında olduğunuz zaman nəzərdən keçirdiyiniz və ya istifadə etdiyiniz xidmətlər haqqında məlumatları emal edir. Beləliklə, “LINBOP” ad və soyad, çatdırılma və hesab ünvanı, saytda nəzərdən keçirdiyiniz məlumatlar və Sizin müştəri vərdişləriniz haqqında məlumatları toplaya bilər. Sizin şəxsi məlumatlarınız aşağıdakı məqsədlər üçün emal olunur:

- “linbop.az” saytında təklif olunan məhsullar üzrə alqı-satqı müqavilələrinin bağlanması və yerinə yetirilməsi;

- “linbop.az” saytında xəbərlərə abunəlik kimi xidmətlərin göstərilməsi;

-  Saytda qeydiyyat və qeydiyyatdan  keçmiş istifadəçilərə təqdim olunan xidmətlərdən istifadə;

-  Müştəri xidmətimizə yönləndirilmiş sorğulara nəzarət.

Alış-veriş zamanı müştərinin daxil etdiyi bank kartı məlumatları satıcı tərəfindən saxlanılmır. 


Biz, həmçinin, istifadəçilərin saytla necə qarşılıqlı əlaqə qurduğunu anlamaq və təqdim etdiyimiz  təkliflərimizi və xidmətlərimizi gələcəkdə daha da yaxşılaşdırmaq üçün statistik tədqiqatlar və məlumat təhlilini birgə aparırıq.